İsraildə növbədənkənar seçkilər keçiriləcək - parlament buraxıldı


İsraildə hakim koalisiya parlamenti buraxmaq və apreldə növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu “Likud” partiyasının nümayəndəsi deyib. Onun sözlərinə görə, seçkilərin aprelin 9-da keçirilməsi planlaşdırılır. Parlament seçkilərinin yekunları üzrə İsraldə yeni hökumət formalaşdırılacaq və Baş nazir təyin ediləcək. 

DİGƏR XƏBƏRLƏR

Top