Bakıda tələbə həmkəndlisini qətlə yetirən bu şəxs imiş - FOTOSU YAYILIB


Bakıda həmkəndlisini qətlə yetirən Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini Rauf Murğuzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kursunda təhsil alırmış. Yeniavaz.com saytı həmkəndlisi - Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin 2-ci kurs tələbəsi Elman Xəlilovu qətlə yetirən Rauf Murğuzovun fotosunu əldə edib.
Dağ Kəsəmən kənd sakinlərinin verdikləri məlumata görə, hazırda qətli törədən şəxsin kənddəki ata evi polislər tərəfindən mühafizə olunur.
Baş vermiş hadisə kənd sakinlərində şok effekti yaradıb.
Qətlin baş vermə səbəbi ilə bağlı müxtəlif versiyalar olsa da, dəqiq səbəb bilinmir.
2 bacının tək qardaşı olan R. Murğuzovun atası İlqar Murğuzov bir vaxtlar Qaxaz rayon mərkəzi bazarında ticarət fəaliyyəti ilə məşğul olub.
O, bir neçə il öncə xəstəlikdən dünyasını dəyişib.
Hadisəni törətmiş Rauf Murğuzov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu, Atatürk prospekti, ev 2 a-nın qarşısında 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Nəticədə Rauf Murğuzov Elman Xəlilovu ürəyindən bıçaqlayaraq qətlə yetirib. Onların hər ikisi Dağ Kəsəmən kəndindəndirlər.

DİGƏR XƏBƏRLƏR

Top