Daha bir ağırlıqqaldıranımız 4 illik diskvalifikasiya olunub


Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycanın daha bir ağırlıqqaldıranı Azər Məmmədlinin cəza müddəti açıqlanıb.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında verilən məlumata görə, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya olunub.

Orqanizmində etioxolanolon maddəsi tapılan Məmmədlinin cəzası 17 iyul 2018-ci ildən qüvvəyə minib.

IWF bu ili Azərbaycanın 3 ağırlıqqaldıranından - Azər Məmmədli, Elmar Alıyev və Hüseyn İsmayılovdan götürülən nümunələrin müsbət nəticə verdiyini açıqlayıb. Son iki idmançının cəza müddəti hələlik elan edilməyib.

Qeyd edək ki, IWF bir müddət əvvəl “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi Anastasiya İbrahimlinin 4 illik cəzalandırıldığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top