"Çin", yoxsa "Kitay": Bu dəfə Bakı zooparkı gülüş hədəfinə çevrildi - FOTO

Bakı Zooloji Parkındakı qəfəslərdən birinin üzərinə vuralan məlumat löhvəsində "Mərkəzi və Qərbi Çin" ifadəsi əvəzinə "Mərkəzi və Qərbi Kitay" ifadəsi qeyd edilib. Yeniavaz.com xəbər verir ki, məlumat löhvəsindəki bu səhv sösial şəbəkə istifadəçiləri arasında gülüş hədəfinə çevrilib.
Məlumat üçün bildirək ki, "Çin" sözünün rus dilindəki qarşılığı olan "Kitay" sözü Azərbaycanda geniş şəkildə işlədilməkdədir. Danışıq dilində insanlar bir çox hallarda "Çin" əvəzinə "Kitay" sözünü işlədirlər. Bəzi hallarda isə Çin" və "Kitay" sözlərinin eyni mənaya gəldiyini bilməyən insanlarla da rastlaşmaq olur ki, haqlı olaraq belə insanlar cəmiyyətdə gülüş hədəfinə çevrilirlər.   

DİGƏR XƏBƏRLƏR

Top