Türkmənistan prezidenti Yeni il öncəsi mahnı oxuyub - VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün şəxsi mahnılarını ifa edib.

Videogörüntülər "Türkmənistan Xronikası"nın "YouTube"dakı kanalına yerləşdirilib.

Berdiməhəmmədov ingilis, alman və türkmən dillərində mahnılar oxuyub, o, həmçinin royalda da müşayiət edib. Mərasimdə prezidentin nəvəsi Kərimqulu da çıxış edib. Bildirilir ki, mahnıların müəllifi odur. Videoyazının altında qeyd edilir ki, Türkmənistan prezidenti mahnılarını daim özü yazır və başqaları onları təkrar oxuyur. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top