İndoneziyada sunami fəlakəti - 62 ölü, 584 yaralı + FOTOLAR


İndoneziyanın Sumatra və Yava adası arasındakı Sunda boğazında sunami baş verib.

Təbii fəlakət nəticəsində 62 nəfər ölüb, 584 nəfər isə yaralanıb. 20 nəfərin cəsədini tapmaq mümkün olmayıb.

Pandenqlanq bölgəsində 430 ev və 9 hotelə ciddi ziyan dəyib.
Sunaminin Anak Krakatau vulkanının fəaliyyətə keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, 28 sentyabrda Sulavesi adasında baş verən 7,5 bal gücündəki zəlzələ nəticəsində 2 mindən çox insan ölmüş, 1500-ə yaxını isə itkin düşmüşdü. (qafqazinfo)






DİGƏR XƏBƏRLƏR

Top