“Real” dünya çempionu oldu

 
“Real” Madrid klublararası dünya çempionatında ardıcıl üçüncü dəfə qalib gəlib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, Kral klubu final oyununda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” komandasını 4:1 hesabı ilə məğlub edib. Qarşılaşma Əbu-Dabidəki “Zayed Sport Siti” stadionunda keçirilib. Bununla da “Real” klublararası dünya çempionatı tarixində ən titullu klub ünvanını qazanıb, klub bu trofeyi 4-cü dəfə əldə edib.  

DİGƏR XƏBƏRLƏR

Top