
Parisdə “sarı jiletlilər”in etiraz aksiyaları zamanı saxlanılanların sayı 142 nəfərədək artıb, onların 16-sı təcridxanaya yerləşdirilib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, asayişin qorunması üçün təqribən 4 min polis və jandarm səfərbər edilib, Parisdə asayiş keşikçilərinin sayı 1,2 mindən çox olub. Qeyd edək ki, Fransada qiymət və vergi artımına qarşı etiraz edən “sarı jiletlilər”in manifestasiyaları noyabrın 17-də başlayıb. Bugünkü aksiya sayca altıncı olub.
Tətbiqimizi yükləyə bilərsiniz