Brüsseldə də "Sarı jiletlilər" etiraz aksiyası keçirir


"Sarı jiletlilər"in kiçik bir qrupu Brüsselin şimalında etiraz aksiyası keçirir. 

Bildirilir ki, heç bir hadisə qeydə alınmayıb, şəhərin mərkəzinə polis cəlb olunub. 

Təqribən, 50 nəfərdən ibarət qrup səhər saatlarında Sharbek şimal məhəlləsində toplanaraq sonra polisin müşayiəti ilə şəhərin mərkəzinə doğru yola düşüb. Etirazçılar vətəndaş təşəbbüsü referendumunu keçirmək tələbini əks etdirən vərəqələr paylayırlar.

Bir qədər əvvəl Brüsseldə polislə qarşıdurma ilə nəticələnən "sarı jiletlilər"in iki aksiyası keçirilib.(report)

DİGƏR XƏBƏRLƏR

Top