
Parisdə şənbə günü keçirilən "sarı jiletlilərin" etirazlarında ən azı 800 nəfər iştirak edir.
Bu barədə Francetvinfo radiostansiyası bildirir.
Etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti Montmartrda Sakre-Ker kilsənin ərazisində toplaşıb.
Bir qədər əvvəl bildirilib ki, sarı jilet geyinmiş onlarla insan Versal şəhərində Paris prospektinə gəlib.
Bu saata Parisdə vəziyyət sakitdir. Qanun və qaydaların qorunması üçün 4 min polis və jandarm, o cümlədən Parisdə 1,2 mindən çox adam səfərbər olunub.
Fransada "sarı jiletlilərin" nümayişləri noyabrın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər. (report)