“Ölümünə razı olaram, amma dilənçilik etmərəm” - Rəmişin xanımı


Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynova həyat yoldaşının müalicəsi üçün pul lazım olması ilə bağlı yazılanlara sərt reaksiya verib.

G. Hüseynova deyib ki, yazılanlar səhvdir, onların heç kimin puluna ehtiyacı yoxdur: "Rəmişin ağciyərlərinə oksigen getmir, bəlğəmlə doludur, boğulur. 10 ildir, bundan əziyyət çəkir. Tolik ötən dəfə onu bu vəziyyətdə gördü. Özü efirdən varlı insanlara, imkanlılara müraciət edib. Xalqa deməyib ki, ona pul yığın, on min verin. Mən onun müalicəsinə nə qədər pul lazım olduğunu bilmirəm. 

Xalqdan 10 min istəmək məsələsi Rəmişin adına yaraşmır ey... Rəmiş 75 ildir, ad-san saxlayıb, bunun qarşılığında dilənçi damğasını qəbul edə bilmərik”. 

Rəmişin xanımı deyib ki, dövlət tərəfindən müalicə yardımı təklif edilərsə, onu qəbul edərlər: "Rəmişin Müalicəyə ehtiyacı var, amma yaxşı həkim tapa bilmirik. Biz dəfələrlə Gürcüstanda, İranda, Rusiyada olmuşuq. Amma dəqiq diaqnoz qoyan yoxdur. Türkiyə, İsrail və digər dövlətlərin heç adını çəkməmişik. Ora getmək kimi fikrimiz də yoxdur. Öz həkimlərimiz onu müalicə edəcək. Buranı qoyub xaricə getmərik. 

Azərbaycanda yaxşı həkim çıxar, deyər ki, Rəmiş gəlsin, müalicə edim, onda gedərik, bunu qəbul edərik. Hökumətimiz, prezidentimiz Rəmişi hansısa xəstəxanaya göndərərsə, onu qəbul edərik. Amma xalqın boğazından kəsib, pul dilənib, müalicəyə getməyə razı olmarıq. Mən Rəmişin ölümünə razı olaram, amma onun üçün xalqdan pul yığılmasına razı olmaram. 

Lazım olarsa Rəmişin evini, maşınını sataram, pulunu müalicəsinə xərcləyərəm”. (BakuPost)

DİGƏR XƏBƏRLƏR

Top