NASA-dan xəbərdarlıq: Yerə “begemot” asteroid yaxınlaşır


NASA Yerə yaxınlaşan qeyri-adi formalı  asteroidin şəklini yayımlayıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, alimlərin sözlərinə görə 2003 SD220 asteroidin xarici görkəmi çayda üzən begemotu xatırladı. NASA onu “bayram” asteroidi adlandırıb, çünki Milad bayramından bir müddət əvvəl peyda olub. Asteroidin uzunluğu azı 1,6 kilometrdir. İri həcminə görə, o, “potensial təhlükəli” kimi təsnif edilir. Lakin NASA güman edir ki, yaxın gələcəkdə asteroid təhlükə törətməyəcək. Mütəxəssislərin sözlərinə əsasən, 2003 SD220  son 400 ildə planetə 2,9 milyon kilometr yaxınlaşıb. Növbəti dəfə kosmik obyektə bu məsafədə yalnız 2070-ci ildə baxmaq mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top