“Sarı jiletlilər”in aksiyalarına görə ölənlərin sayı 10 nəfərə çatdı


Fransanın Perpinyan şəhərində “sarı jiletlilər”in yolu blokadaya almasına görə saxlanılmış yük maşınına toqquşan sürücü həlak olub.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, 36 yaşlı sürücü 2018-ci il noyabrın 17-dən başlayan etirazlarda ölən sayca onuncu nəfərdir. Ötən gün Ajan şəhəri ətrafında etirazçılardan biri ölmüşdü. Belə ki, 60 yaşlı kişini yük maşını vurmuşdu. Həmin insident zamanı da “sarı jiletlilər” yolu kəsmişdilər. Daha əvvəl isə 37 yaşlı bayker yük maşını ilə toqquşmadan sonra ölmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top