Azərbaycanın xarici işlər naziri Özbəkistana səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 18-19 oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövzusu altında keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İƏT xarici işlər nazirlərinin şurasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

APA

DİGƏR XƏBƏRLƏR

Top