Barselonada hökumətə qarşı kütləvi etiraz aksiyası keçirilir

 
Barselonada axşam saatlarında İspaniya hökumətinə qarşı çoxsaylı iştirakçının qatıldığı etiraz aksiyası başlayıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, mitinqin təşkilatçısı Kataloniyanın İspaniyadan çıxmasının tərəfdarı olan hərəkatdır.
 
Nümayiş iştirakçıları müstəqilliyə və separatçı hərəkatla bağlı iş üzrə adı hallanan regional siyasətçilərin həbsdən azad olunmasını tələb edirlər. Barselonada keçirilmiş İspaniya Nazirlər Şurasının iclası etirazlar üçün səbəb olub.
 
Gün ərzində Kataloniyada çoxsaylı aksiyalar artıq keçirilib, aksiyalar zamanı regional polislə mitinqçilər arasında vaxtaşırı toqquşma baş verib. Nümayiş iştirakçıları asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar və polis kordonunu yarmağa çalışıblar. Nəticədə 13 nəfər saxlanılıb, 77 nəfər xəsarət alıb. 

DİGƏR XƏBƏRLƏR

Top