Məhkəmə dörd nəfəri vurub öldürən sürücünün cəzasını azaltdı


Bakı Apellyasiya Məhkəməsində dörd nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Fərəcovun apellyasiya şikayəti qismən təmin edilib. Onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən “Mercedes” markalı mikroavtobus “KamAZ” markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı maşının sərnişinlərindən dörd nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İsməli oğlu dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top