Bu il övlad sevinci yaşayan azərbaycanlı məşhurlar - SİYAHI


Başa çatmaqda olan 2018-ci ili həm də müxtəlif xəbərlərlə yada salacağıq. Bu il pozitiv məlumatlar da az olmadı. Bitməsinə sayılı günlər qalan bu ildə övlad sevinci yaşayan məşhurlar az deyil. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.
 
1. Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov da 2018-ci ildə ata oldu.
 
2. Azərbaycan Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev ata olub. Bu, onun ikinci evliliyidir.
 
3. Müğənni Elvin Abdullayev ikinci dəfə ata oldu. İfaçının oğlu dünyaya gəlib.
 
4. Mərhum jurnalsit Natiq Qədimovun oğlu dünyaya gəldi. Körpəyə Natiqin adı verildi.
 
5. Əməkdar artist Abbas Bağırov ata oldu. Müğənninin oğlu dünyaya gəlib. Bu, Abbasın ikinci evliliyindən ilk övladıdır.
 
6. "Neftçi"nin kapitanı Ruslan Abışov övlad sahibi olub. Milli komandamızın da üzvü olan 31 yaşlı müdafiəçinin qızı dünyaya gəlib.
 
7. Müğənni Xəyyam Nisanov ata oldu. Müğənninin qızı dünyaya gəlib.
 
8. Rəqqasə Oksana Rəsulova ana oldu. Rəqqasə dünyaya gələn övladının adını Osman qoyub.
 
9. Müğənni Rəqsanə İsmayılova bu il əkiz övlad dünyaya gətirib.
 
10. Aparıcı-aktyor İlkin Həsəni ata oldu. Onun qız övladı dünyaya gəldi.
 
11. Aparıcı Azər Zahid ikinci dəfə ata oldu. Aparıcının oğlu dünyaya gəlib.
Körpəyə Uğur adı qoyulub.
 
12. ATV-nin aparıcısı Aytən Səfərova yenidən ana oldu. Aparıcının oğlu dünyaya gəlib. Aparıcının Ayza adlı qızı və Raul adlı oğlu var.

DİGƏR XƏBƏRLƏR

Top