Rusiyada Osmanlı əsgərlərinin xatirəsinə abidə ucaldılması erməniləri qəzəbləndirib...


Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində Osmanlı əsgərlərinin xatirəsinə həsr olunan abdə ucaldılıb. Yeniavaz.com xəbər verir ki, bu abidə 1918-ci ildə Maxaçqala şəhərini çar ordusunun generalı Lazer Biçeraxovun işğalından azad edərkən həlak olan Osmanlı ordusunun əsgərlərinin xatirəsinə ucaldılıb.
Belə bir abidənin ucaldılması Dağıstanda nəşr olunan "Eldoş"  jurnalının baş redaktoru, milliyətcə qumuq olan tarixçisi Kamil Əliyevə məxsusdur.
Məlumat üçün bildirək ki, 1918-ci ildə Bakı şəhəri Qafqaz-İslam ordusu tərəfindən işğaldan azad olunarkən Lazer Biçeraxov ingilis ordusu və Şaumyanın başçılıq ediyi Bakı Kommunası ilə birgə Osmanlı əsgərlərinə qarşı vuruşub.
Qeyd edək ki, Lazer Biçeraxovun Şaumyan və digər ermənilərlə müttəfiqlik etməsi səbəbindən Dağıstanda belə bir abidənin ucaldılmasına ermənilər tərəfindən etiraz edilib. Onlar Lazer Biçeraxovun çar generalı olduğunu əsas gətirərək Rusiya ərazisində belə bir abidənin qoyulmasının yolverilməz olduğunu yazırlar.
 

DİGƏR XƏBƏRLƏR

Top