Çox asan - paltara yapışmış saqqızı 10 saniyəyə təmizləmək olur - FOTOLAR


Bizdən asılı olan və olmayan səbəblərdən bəzən paltarmıza saqqız yapışır. Bu isə bizim üçün ən arzuolunmaz vəziyyətlərdən biridir. Hətta saqqız çiynəməyən insanların da paltarına saqqız yapışır - ya ailə üzvlərindən biri, ya da uşaqların hardasa unutduğu, itirdiyi saqqız. 
Hətta avtobusların oturacağına qəsdən saqqız yapışdıran nanəciblər olur. Yəqin bunu ona görə edirlər ki, günümüzdə əksər insanlar paltardan saqqızı necə asan təmizləməyin yolunu bilmirlər və ya təmizləyərkən çox çətinlik çəkirlər.
Halbuki paltara yapışmış saqqızı 10 saniyəyə izi qalmadan təmizləmək olur. Yeniavaz.com saytı xəbər verir ki, bunun üçün bir az buza ehtiyac var. 
Belə ki, geyimə yapışmış saqqızın üstünə buz qoyub 5-10 saniyə gözləyirsiniz. Buzun təsiri nəticəsində bərkiyən saqqız çox asanlıqla paltardan qopur. Bu proseduru əks etdirən fotoları təqdim edirik. 

DİGƏR XƏBƏRLƏR

Top