![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/12/21/1/15b6dea3-8a3b-4ec6-9ca8-06335a9f686d/gules-saipulla.jpg)
Sərbəst güləş üzrə millimizin yeni baş məşqçisinin kimliyi bilinib.
Bu, dağıstanlı Saypulla Absaidov olacaq.
Qeyd edək ki, Absaidov bunadək gənclərdən ibarət millimizin baş məşqçisi idi. O, 2009-2013 və 2014-2016-cı illərdə böyüklərdən ibarət millinin baş məşqçisi olub.
Saypulla Absaidovdan əvvəl bu vəzifəni Firdovsi Umudov yerinə yetirirdi. Umudov federasiyada sərbəst güləş üzrə vitse-prezident vəzifəsini icra edəcək.(oxu.az)