Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edilib


Azərbaycan Tələbələrinin II Qurultayında tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib.

Bu məsələ Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsinə də daxil edilib.

Qətnamədə təhsil alan gənclərin sağlamlığının qorunması məqsədi ilə təhsil müəssisələrində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi qeyd edilib.

Tələbələrin ildə bir dəfə olmaqla pulsuz tibbi müayinədən keçməsi və dövlət hesabına müalicəsinin təşkili təklif edilib.

Qeyd edək ki, qurultay bu gün keçirilib.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top