![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/f96fb01f-ec40-4b80-b4f5-70fe4fd9298c/mubariz-ibrahimovv.jpg)
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.
“M.İbrahimovun şərəfinə medalın təsis edilməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, - E.Məmmədov bildirib.
O vurğulayıb ki, M.İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.(oxu.az)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/12/21/1/ccd6d14a-0fdf-41c2-b020-900ce924c11c/mubariz-medal.jpg)