194 nömrəli məktəbdə paylanan biletlər geri alındı - SƏBƏB


Bir neçə gün öncə paytaxtda yerləşən 194 nömrəli məktəbdə müəllimlərdən biletpulu yığılması barədə məlumat yayılıb.

194 nömrəli tam orta məktəbdən verilən  məlumata görə, bilet məsələsi valideynlərin xahişi ilə baş verib.


“Valideynlərin xahişi ilə məktəb rəhbərliyi tərəfindən Yeni il şənliyi üçün sinif rəhbərlərinə könüllü surətdə bilet paylanılıb. Bu gün sinif rəhbərləri ilə iclas keçirilib, bütün biletlər geri götürülüb. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. 
Tədbirin tamamilə təxirə salınması üçün də sinif rəhbərlərinə göstəriş verilib”.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də məsələ ilə bağlı saytımıza açıqlama verilib.

“Ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur. Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”.(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top