Lukaşenko KTMT-yə yeni baş katib təyin etdi


Belarus Prezidenti Aleksandr Lukaşenko Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə təyin edilməsi haqqında qərar layihəsi imzalayıb.
Yeniavaz.com BELTA agentliyinə istinadla xəbər verir ki, bu barədə A. Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi S.Zas ilə keçirdiyi işgüzar görüşdə deyib.
A.Lukaşenko S. Zasın KTMT-nin baş katibi vəzifəsinə təyin edilməsini təşkilata üzv ölkələrin prezidentlərinin Sankt-Peterbuqrda keçirilmiş görüşündə təklif edib. S. Zas bu məqsədlə Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyaya baş çəkib. Bu ölkələrin rəhbərləri Belarusun namizədini qəbul ediblər.
 

DİGƏR XƏBƏRLƏR

Top