Türkiyə “tvit” sildirmə müraciətlərinin sayına görə birincidir


“Twitter” sosial şəbəkəsi 2018-ci ilin ilk 6 ayında daxil olan “tvit” sildirmə müraciətlərinə dair statistikanı açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, dünya miqyasında qanuni sildirmə tələblərinin 73%-i Türkiyədən gəlib.
“Twitter”dən bildiriblər ki, hesabat dövrümdə 38 ölkədən 12 min qanuni sildirmə tələbi gəlib. Türkiyə 8988 müraciətlə birinci yerdə qərarlaşıb. Türkiyəni 1641 tələblə Rusiya izləyir. İlk üçlüyü isə 246 müraciətlə Hindistan tamamlayır.

DİGƏR XƏBƏRLƏR

Top