Mourinyonun yeni iş yeri məlum oldu


Bu həftə “Mançester Yunayted”dən qovulan Joze Mourinyo yaxın vaxtlarda Münhenin “Bavariya” klubunun baş məşqçisi ola bilər. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, Almaniyanın hazırki çempionu komandanın indiki baş məşqçisi Niko Kovaçı istefaya göndərməyə hazırdır.

İndiki mövsümdən sonra “Bavariya”nı irimiqyaslı yenidənqurma gözləyir. Komandanı Frank Riberi və Aryen Robben tərk edəcək. Münhen təmsilçisi Mats Hummels, Tomas Müller, Jerom Boatenq və Xavi Martineslə yolları ayıra bilər. Bildirilir ki, “Bavariya” rəhbərliyi yeni komandanın qurulmasını portuqaliyalı mütəxəssisə həvalə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top