Türkiyə S-400-ə görə ABŞ-a söz verdi


Türkiyə Rusiyadan alınacaq S-400 zenit-raket sistemlərini ABŞ-ın F-35 beşinci nəsil qırıcılarına zərər vermədən istifadə etmək üçün zəruri addımlar atacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə deyib. Mənbə bildirib: “ABŞ-la danışıqlarımız zamanı onlara məlumat verdik ki, S-400 sistemləri NATO sistemlərindən ayrı istifadə olunacaq və F-35 haqqında həssas informasiyanının qorunması təmin ediləcək. Bununla əlaqədar biz bütün zəruri tədbirlər görəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top