Biznes üçün əlverişli ölkələrin SİYAHISI


"Forbes" jurnalı ayrı-ayrı ölkələrdə sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən növbəti hesabatını ("The Best Countries For Business 2019") açıqlayıb.
Yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, ölkəmiz "Forbes"in sonuncu hesabatında 161 ölkə arasında 70-ci sırada qərarlaşıb. Ötənilki hesabatda isə Azərbaycan 153 ölkə arasında 70-ci sırada yer alıb.
Məlumat üçün bildirək ki, "Forbes" reytinq siyahısını "Freedom House", "Heritage Foundation", BMT, "Transparency International", Dünya Bankı, Dünya İqtisad Forumu  kimi təşkilatların məlumatları əsasında tərtib edib. Reytinq cədvəli müəyyən olunarkən 15 meyar nəzərə alınır. Bu meyarlar arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. yer alır.
Region ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanın siyahıdakı mövqeyi 44-cü yer olub. Ən pis vəziyyət Taciqistanda qeydə alınıb - 124-cü yer.
Digər region ölkələrinin 161 ölkə arasındakı mövqeyi belə olub:
Gürcüstan - 44
Rusiya - 55
Türkiyə - 57
Qazaxıstan - 65
Azərbaycan - 70
Ukrayna - 77
Ermənistan - 81
Moldova - 87
Belarus - 88
Özbəkistan - 105
İran - 107
Qırğızıstan - 108
Tacikistan - 124

Ümumiyyətlə sahibkarlıq fəaliyyətinin vəziyyətini əks etdirən "The Best Countries For Business 2019" adlı hesabatda ən yaxşı nəticəni Böyük Britaniya, İsveç, Honkonq, Holandiya, Yeni Zelandiya, Kanada, Danimarka, Sinqapur, Avstraliya və İsveçrə göstərib.
Sahibkarlıq üçün ən pis şəraitin olduğu ölkələrin siyahısına isə Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qvineya-Bisau,  Ekvatorial Qvineya,  Çad, Haiti, Qambiya, Suriya, Yəmən və Liviya başçılıq edirlər.
 

DİGƏR XƏBƏRLƏR

Top