Bu il dəmir yolu ilə nə qədər sərnişin daşınıb? - Rəqəm


Dəmir yolu nəqliyyatı ilə 2018-cı ilin yanvar-noyabr ayında 2 milyon 516,1 min sərnişin daşınıb.

2017-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 12,1 faiz artım müşahidə olunub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 338 vaqon yüklənib, 413 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,6 min ton, Qərb istiqaməti üzrə 5,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.(Azərtac)

DİGƏR XƏBƏRLƏR

Top