Qazaxda uçaq bağçasında yanğın olub, xəsarət alan var


Qazax şəhərində yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsində yerləşən, müvəqqəti olaraq hazırda uşaq bağçası kimi fəaliyyət göstərən inzibati binada qeydə alınıb.

Yanğın nəticəsində orada mühafizəçi işləyən 52 yaşlı İman Bənnayev xəsarət alıb. Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb olunub və 2 mərtəbəli binada baş vermiş yanğının qarşısı alınıb. İlkin ehtimalara görə, yanğına elektrik xətlərində yaranmış qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qubada məktəb binasında yanğın olub.(Report)

DİGƏR XƏBƏRLƏR

Top