Xəzər dənizində İranın ticarət gəmisi qəzaya uğrayıb


Xəzər dənizində İrana məxsus ticarət gəmisi zədə alıb və nəticədə batmağa başlayıb.

Bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinə (HHQ) istinadən ISNA agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda HHQ xilasetmə əməliyyatı aparır.

"İran ordusunun Hərbi Dəniz Qüvvələrinin xilasetmə və yardım göstərmə komandası Şimal donanmasının dalğıcları ilə birgə hazırda gəminin heyət üzvlərini xilas etmək üçün hadisə yerindədirlər", - deyə agentlik hərbçilərə istinadən bildirir.

ISNA-nın məlumatına görə, gəminin gövdəsi bir neçə saat əvvəl deşilib və o, tədricən batmağa başlayıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top