Lənkəranda itkin düşən yeniyetmə tapılıb.
Lənkəran şəhəri, M.Nəsirov küçəsi, ev 47-də yaşayan, dekabrın 15-də itkin düşən, 2001-ci il təvəllüdlü Əliyev Hidayət Cavanşir oğlu barədə axtarışlar nəticə verib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyev dekabrın 18-də tapılaraq ailəsinə təhvil verilib. (Trend)