Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırır?


Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldıracaq.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Rusiya Baş nazirinin müavini Dmitri Kozak Ermənistanlı həmkarı  Tiqran Avinyana məktub göndərib. Məktubda bildirilire ki, hazırda 1000 kubmetri Ermənistana 150 dollara satılan təbii qaz yanvar ayının 1-dən etibarən 215 dollara satılacaq.
Ermənistan mətbuatı yazır ki,  məsələ ilə bağlı baş nazirin müavinindən açıqlama verilməyib. Tiqran Avinyanın köməkçisi isə bildirib ki, təbii qazın qiyməti ilə bağlı 2 ölkə arasında danışıqlar davam edir. O qeyd edib ki, uaxın 5 gün ərzində qiymət məsələsinə aydınlıq gətriləcək.

DİGƏR XƏBƏRLƏR

Top