
Bu ilin ilk 11 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1084 mənzil, noyabr ayı ərzində isə 144 mənzil alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2017-ci ilin yanvar-noyabr aylarında azərbaycanlılar Türkiyədən builkindən 233 mənzil az - 851 mənzil satın alıblar. Bu ilin noyabr ayında isə azərbaycanlılar Türkiyədən 144 mənzil satın alıblar və bu ötən ilin noyabr ayındakı göstəricidən 2,3 dəfə və ya 82 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 11 ayı ərzində Türkiyədən ümumilikdə 35 min 430 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 75% və ya 15 min 183 mənzil çox olub. Noyabr ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Əfqanıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Almaniya, Azərbaycan və İordaniya vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin noyabr ayında İraq vətəndaşları Türkiyədən 1003, İran vətəndaşları 463, Əfqanıstan vətəndaşları 261, Rusiya vətəndaşları 261, Səudiyyə Ərəbistanı vətəndaşları 233, Küveyt vətəndaşları 218, Almaniya vətəndaşları 203, İordaniya vətəndaşları isə 143 mənzil alıblar.
Ən kəskin artım Türkiyədən ev alan İran vətəndaşlarının sayında qeydə alınıb. Bu ilin ilk 11 ayında İran vətəndaşları Türkiyədən 3 217 mənzil alıblar ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
Yanvar-Noyabr aylarında isə xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:
ÖLKƏLƏR |
Yanvar-Noyabr, 2017 |
Yanvar-Noyabr, 2018 |
İraq |
3387 |
7308 |
İran |
674 |
3217 |
Əfqanıstan |
976 |
1852 |
Rusiya |
1202 |
2040 |
S.Ərəbistanı |
3074 |
2450 |
Küveyt |
1540 |
2004 |
Almaniya |
679 |
1671 |
AZƏRBAYCAN |
851 |
1084 |
İordaniya |
439 |
1192 |
İngiltərə |
742 |
1141 |
Fələstin |
306 |
560 |
Yəmən |
343 |
705 |
Livan |
164 |
394 |