Rusiyada dünya çempionunu öldürən azərbaycanlıya - AĞIR CƏZA


Xabarovsk diyar məhkəməsi pauerliftinq üzrə dünya və Avropa çempionu Adrey Draçevin öldürülməsi işi üzrə hökm oxuyub. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, məhkəmə iş üzrə ittiham edilən azərbaycanlı Anar Allahverənov 18 il müddətinə həsb edilərək ciddi rejimli cəzaçəkmə müəssisinə yerləşdiriləcək.

Məhkəmə işə 2018-ci ilin əvvəlindən baxır, A. Draçev 2017-ci il avqustun 20-də Xabarovskun mərkəzindəki kafenin qarşısında A. Allahverənovla davada ölüb. A. Allahverənov, həmçinin mənəvi təzminat, dəfn və vəkillərə çəkilən xərcləri ödəməlidir. Təzminatın ümumi məbləği təqribən 5 milyon rubl təşkil edir. A. Allahevrənovun vəkilləri bildiriblər ki, məhkəmənin qərarını şikayət edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top