
Türkiyə amerikalı ekspertlərə S-400 komplekslərini Rusiyadan aldıqdan sonra onları öyrənməyi təklif edib. Yeniavaz.com-un məlumatına görə, bu barədə “Blumberq” agentliyi öz mənbələrinə istinadən məlumat verib.
Bununla da Ankara Rusiyadan S-400 alışına görə ABŞ-la münasibətlərdə yaranan münaqişə vəziyyətini həll etməyə ümid edib. Agentlik yazır ki, Türkiyədə az görünən F-35 qırıcılarının ehtiyat hissələri istehsal olunmalıdır. Lakin ABŞ ehtiyat edir ki, təyyarə barədə vacib məlumatları nəzəri baxımdan rusiyalı hərbçilər əldə edə bilərlər.
Hazırda ABŞ Türkiyəni S-400-ün alışından imtinaya məcbur etmək üçün yeni addım atıblar. Onlar avadanlıqlarla birlikdə 3,5 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə raket komplekslərini təklif ediblər.