Biz hər an informasiya axınına məruz qalırıq. Bilgiyə sahib olmaq barmaqlarımızı telefona toxundurub axtarışa vermək qədər yaxındır. Hər yerdə, hər kanalda, hər saytda hansısa sahənin mütəxəssisləri öz sahələri barədə hey danışırlar. İşin qəribə olanı isə bizlərin bu qədər məlumata məruz qaldıqdan sonra, ən az o mütəxəssis qədər mövzuya hakim olmamızdır.
Bəs dərdlərimiz haqqında danışan bu şəxslər söylədikləri tövsiyyələrlə dərdimizə şəfa ola bilirlərmi? Yaxşı təsir bağışlaya bilirlərmi?
Mənim gördüyüm qədərilə, verilən bilgilər bir növü sakitləşdirici kimidir. İlk zamanlarda müəyyən rahatlıq gətirir, amma sonrakı etaplarda o rahatlığı hiss edə bilmirik. Depressiyanın nə olduğunu, hansı göstəricilərinin olduğunu, kimlərdə olma ehtimalının olduğunu, hansı bitkilərin və fiziki hərəkətlərin depressiyaya yaxşı təsir etdiyini yaxşı bilirik. Amma heç bir işə yaramır. Depressiya haqqındakı bütün bilgilərimizə rəğmən, bu hal davam edir.
Bəs problem haradadır? Depressiya nədir, göstəriciləri nələrdir, müalicəsinin necə olduğunu bilməyimizə rəğmən, niyə aradan qalxmır?
Görəsən, yanlışmı bilirik, axı hər şey düzgün kimi görsənir. Bütün televizorlar, internet saytları eyni şeyləri yazır. O zaman problem nədir? Bilgi dediyimiz şey problemlərimizi həll etmirmi?
Bəlkə verdiyimiz sual yanlışdır? Bilgi əsl ehtiyacımızı gizlədən keçici həll yoludurmu?
Səmimiyyəti birinə güvənmək, yaxın hiss etmək, qarşılıqlı anlaşıldığını hiss etmək və birazda ruhların bir-birinə təmas etməsidir şəklində ifadə edərəm. Səmimiyyət yorğunluqdan sonra pürrəngi dəmlənmiş bir çay kimidir, insanı rahatladır. Əsas ehtiyaclarımızdan biri olmasına rəğmən, belə bir ehtiyacımızın olduğunun fərqində deyilik. Yeni bilgi geriyə atılması mümkün olmayan ehtiyacdır.
Növbəti addım səmimiyyətlə, insani duyğularla dolmursa, bilgi inkişaf etmir və bir işə yaramır. Məncə, təkbaşına bilgi hər şeyə yetmir. Təkbaşına bilgi özümüzə və dərdlərimizə yadlaşmağa səbəb olur.
Və sonda mən və mənim yaşadığım problemlər sanki məndən aslıdır hissini yaradır.
Müəllif: Beyhan Budak.
Tərcümə etdi: Sona Salman
Tətbiqimizi yükləyə bilərsiniz