Federal Ehtiyyatlar Sistemi baza faiz dərəcəsini artırıb


ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FES) baza faiz dərəcəsini arıtıb.

Bu barədə FES-in press-relizində deyilir.

Məlumata əsasən, faiz dərəcəsi 0,25 faiz bəndi artırılıb - 2-2,25 faizdən 2,25-2,5 faizə qədər.

Bundan əlavə, FES 2018-ci və 2019-ci illərdə ölkə iqtisadiyyatının artımı üzrə proqnozları zəiflədib.

ABŞ-ın ÜDM artımı üzrə proqnoz gələn il üçün 2,5 faizdən 2,3 faizə qədər azaldılıb, inflyasiya üzrə - 2 faizədək 1,9 faizə qədər. İşsizlik üzrə proqnoz 3,5 faiz səviyyəsində saxlanılıb.

FES gözləyir ki, gələn il baza dərəcəsini üç dəfə orta səviyyəyə qədər - 3.125 faiz - artırmaq lazım gələcək.

Qeyd edək ki, 2018-ci ildə baza faiz dərəcəsi martda, iyunda və sentyabrda artırılıb. 2017-ci ildə FES baza faiz dərəcəsini 3 dəfə artırıb, 2016 və 2015-ci illərdə isə 1 dəfə. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top