
Bakıda zəncirvari qəza olub. Hadisə akademik Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.
Qəzada iştirak edən hər üç avtomobil - “Mercedes C class”, “Mercedes S class” və “Gelandewagen” markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qəza nəticəsində “Gelandewagen” markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Hadisə yerinə YPX əməkdaşları cəlb olunub. (trend)