Burqas-İrəvan aviareysinin gizli uçuşları: İl-62 nə daşıyır? - FAKTLAR

 

Artıq iki aydır davamlı olaraq Bolqarıstandan Ermənistana silah göndərilir.  Bolqarıstan aviaşirkətinin İl-62 yük təyyarəsi günaşırı İrəvan-Burqas–İrəvan marşrutu üzrə uçuş keçirir. 

Erməni ekspertlər hesab edir ki, iri həcmli sovet istehsalı silahlarının Ermənistana tədarükü İrəvanla Moskva arasında 100 miyon dollar dəyərindəki müqavilənin pozulması məqsədilə ABŞ tərəfindən irəli sürülmüş ola bilər. 

Son həftə ərzində “Rada Airlines” aviaşirkətinin İl-62 təyyarəsi EW-450TR qeydiyyat nömrəsi adı altında Bolqarıstandan Ermənistana 4 dəfə uçuş edib. Bu məlumatı 7, 9, 11 və 13 dekabr tarixli “avianaviqasiya Flightradar24.com” portalının yük təyyarəsinin Burqasdan qalxdığı və Ermənistan ərazisində yerə endiyinə dair məlumatlar təsdiq edir. 


“Rada Airlines” şirkətinin İl-62 tipli təyyarəsinin dekabr ayı üzrə uçuş qrafiki 



“Rada Airlines” şirkətinin İl-62 tipli təyyarəsinin Ermənistana uçuş qrafiki 


Söndürülmüş ötürücüyə baxmayaraq naviqasiya portalı İl-62 təyyarəsinin Ermənistana uçuşunu qeydə alıb. 


11 dekabr tarixli uçuş 



9 dekabr tarixli uçuş


Daha sonra Türkiyə hava məkanında geri Burqasa uçuş reysi qeydə alınıb. 

“EADaily” saytının məlumatına görə, “Haaretz” İsrail nəşrinin ingilis dili üzrə versiyasının redaktoru Avi Şarf Şərqi Avropadan silah çatdırmaq üzrə peşəkar olan “Rada Airlines” aviaşirkətinin Burqasdan uçuşlarını qeydə alıb. O zaman türk bloqer Yürek İşık 8 gün ərzində “Flightradar24.com” portalı vasitəsilə Ermənistana doğru 7 uçuş qeydə alıb. 

Qeydlərə görə, “Rada Airlines” şirkətinin İl-62 təyyarəsi son 8 gün ərzində 7-ci dəfə Burqasdan İran və ya Ermənistan istiqamətinə uçuş edib. Güman olunur ki, o, Türkiyə hava məkanından yan keçərək İrəvanın Zvartnots aeroportuna uçuş edib. Ehtimal olunur ki, təyyarədə hərbi yük olub. 

“Hazırda təyyarə Türkiyənin Lesovs/Midili yaşayış məntəqəsindən cənub istiqamətinə 10100 m hündürlükdə uçuş edir”, - deyə Yürek İşık “Twitter” sosial şəbəkəsində 15 noyabr tarixində yazıb. 


Bolqar şirkətləri sanksiyalar tətbiq edilən İrana silah tədarük edə bilməzlər. Son məlumatlar sübut edir ki, təyyarənin son uçuş nöqtəsi Ermənistan olub. 

Niyə silah?

Bu barədə bir neçə fakt göstərilirb. Birincisi, Burqas silah mərkəzi hesab olunur. İkincisi Ermənistanla Bolqarıstan arasında ixrac-idxal əməliyyatları minimaldır, yük daşımaları üçün isə sərəncamında cəmi bir təyyarə olan az tanınan şirkət istifadə olunur. Digər tərəfdən vacib olan təyyarənin marşrutu sübut edir ki, Ermənistana məhz silah daşınır. 

Məsələ burasındadır ki, silah daşınarkən hava məkanından istifadə edilən ölkə ilə də razılaşdırılmalıdır. İl-62 aviareysləri hər cəhdlə iqtisadi baxımdan çox xərc tələb edən Türkiyə səmasından yayınır. Təyyarə birbaşa Türkiyə və Gürcüstan üzərindən yox, Aralıq dənizi, Misir, İordaniya, İraq və İran üzərindən dövrə vurur. Bu yolla təyyarənin uçuş marşrutu ən azı iki dəfə artır. 

Silah tədarükü nə dərəcə irimiqyaslı ola bilər? 

“Rada Airlines” aviaşirkətinin İl-76 təyyarəsi 2007-ci ildə sərnişin təyyarəsindən yük təyyarəsinə çevirilib. O zaman Kazandakı Qorubnov aviasiya zavodunda İl-62MQr təyyarəsinin yük təyyarəsi variantını hazırladıqlarını bildiriblər. Təyyarənin maksimum yük götürmə qabiliyyətini 170 ton, zəruri yük götürmə imkanı 40 ton, maksimum yüklə uçuş məsafəsi 6 km məsafədəyək olduğu qeyd edilib. Bu barədə Kazan aviasiya zavodunun direktor müavini Vozix Qaptraxmanov məlumat verib. 

Bu məlumatlara istinadən Bolqarıstandan Ermənistana bir dəfəyə 40 ton yük daşına bilər. Bu 1700 qumbaraatan, 5 mindən biraz az atım deməkdir. 11 dəfədən az olmayan reys qeydə alındığını nəzərə alsaq, bu həcmi 10 dəfə artırmaq olar. 

Məlum olduğu kimi Bolqarıstan sovet nümunəsi yüngül atıcı silahlar, qumbaraatan və onlara atım, mərmilər üzrə iri istehsalçılardan biri hesab olunur. Silah tədarükü Bolqarıstan və Ermənistan arasında hərbi əməkdaşlığın fəallaşması dönəminə təsadüf edir. Ermənistan Müdafiə Nazirliyinin bəyan etdiyi kimi noyabr ayının sonlarında hər iki ölkənin müdafiə qurumları arasında 2019-ci il üzrə ikitərəfli hərbi əməkdaşlıq sahəsində müqavilə imzalanıb. 

Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyanın rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Bolqarıstanda olub.

Bolqarıstanın Müdafiə naziri Krasimir Karakçanov və Silahlı Qüvvələrin Qərargah rəisi general Andrey Botsev görüş zamanı 2018-ci ildə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətin yekunlarını və əməkdaşlıq perespektivlərini müzakirə ediblər. Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi həmçinin Bolqarıstanın hərbi müəssisələrinə baş çəkib.

Bu vaxtadək Ermənistan Bolqarıstan hərbi sənayesinin kiçik müştərisi olub. Məsələn, 2017-ci ildə Ermənistan Bolqarıstan istehsalçıları ilə 19.5 milyon avro dəyərində müqavilə imzalayıb, lakin faktiki silah tədarükü 637 min avro təşkil edib. BMT-nin adi silahların ixracaatına dair məlumat reyestrinə əsasən, 2017-ci ildə Qafqaz ölkələrinə 1094 yüngül əl pulemyotlarının tədarük edildiyi göstərilib. Hazırda tədarükün kifayət qədər artdığından bəhs etmək olar. 

Məsələn 2015-ci ildə Bolqarıstanın “Bulcomers” şirkəti Ukraynaya hər biri 1779 dollar olan tank əleyhinə reaktiv qumbaraatanlar tədarük edib. 


Ukraynaya Bolqarıstan atımlarının göndərilməsi aktı 


Eyni zamanda Amerika şirkəti olan “Airtronic” keçən il Ukraynaya hər birinin dəyəri 5.5 dollar olmaqla RPQ-7 silahlarının analoqunu tədarük edib. 


Ukraynaya Amerika qumbaraatanlarının göndərilməsi aktı 


Beləliklə İl-62 reyslərinin yalnız bir yükünün dəyəri 18 milyon dollaradək ola bilər.

Tədarüklər nə ilə bağlı ola bilər?

Ermənistan kasıb ölkədir və onun bu il ümumi hərbi büdcəsi 468 milyon dollar təşkil edib.

Növbəti il üçün Paşinyan hərbi büdcənin 530 milyon dollaradək artırılmasına təşəbbüs göstərib. Bu vəziyyətdə eyni zamanda kreditlərlə müşayiət olunan Rusiya ilə kontraktlar məntiqlidir. 2015-ci ildə Rusiya silahlarının tədarükü üzrə Rusiya ilə Ermənistan 200 milyon dollar dəyərində dövlət ixracat krediti imzalayıb. Bu müqavilə üzrə silah tədarükü yerinə yetirilib. Ancaq 2017-ci ildə daha 100 milyon kredit barədə imzalanan müqavilə hələ yerinə yetirilməyib. 
Buna görə də, Birləşmiş Ştatların Rusiya ilə Ermənistanın müqaviləsinə mane olmağa çalışdığı ehtimal olunur. 


Məlum olduğu kimi ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrda Ermənistana səfəri zamanı Amerika silahlarını almağı təklif edib: “Bəli bizdə münaqişə iştirakçıları kimi Azərbaycan və Ermənistana silah satmaq barədə konqresin məhdudiyyəti var. Ancaq istisnalar var. Mən cənab Baş nazirə bildirdim ki, əgər söhbət Rusiya və Amerika silahından gedirsə, əlbəttə, biz ikinci variantı seçərdik. Bu hiss olunacaq dərəcədə ölkənin imkanlarını artırardı. O zaman ölkə silah təminatı baxımından bir ölkədən asılı omaqdan qurtara bilər. Məlumdur ki, burada ilk yerdə Ermənistanın coğrafi mövqeyi durur. Ancaq mən düşünürəm ki, Ermənistan artıq beynəlxalq bazara çıxa bilər”. 

Nikol Paşinyan isə cavabında “Hökümət məhdudlaşmayıb. Əgər ABŞ sərfəli təkliflər edərsə, biz cavab verərik” deyə bildirib. 

Eyni zamanda Amerika silahları çox bahalıdır və yenidən öyrənmə tələb edir. Ancaq sovet nümunəsi Bolqarıstan istehsalı silahlara Ermənistan yaxşı tanışdır və nisbətən ucuzdur. Bundan başqa artıq “EADaily” xəbər verdiyi kimi 2016-2017-ci ildəki fenomal sifarişlərə baxmayaraq, cari ildə Bolqarıstan silahlarına sifarişlər azalıb. 

Həmçinin söhbət Suriyada fəal döyüş mərhələlərinin başa çatması ilə bağlı müttəfiqlərin dəstəklənməsi üzrə ABŞ dövlət proqramı çərçivəsində Suriya döyüşçülərinə silah təminatından gedir. Məsələn, Vaz Maşınqayırma Zavodunun icraçı direktoru İvan Qetsov sentyabr ayında Bolqarıstanın “24 saat” nəşrinə müəssisənin gəlirlərinin azalmasını etiraf edib. 

“Bəli kontraktlar var. 2016-2017-ci illərdə olduğu həcmdə olmasa da, bu VMZ inkişafı və saxlanılması üçün yetərlidir, deyə İvan Qetsov izah edib ki, artıq şirkət əvvəlki illərdə istifadə edilən üstünlük qabiliyyətinə malik deyil və bu da gəlirlərin azalması ilə bağlıdır. Bolqarıstanın “Trud” nəşrinin məlumatına görə VMZ-in gəlirləri 67% azalıb və 38 milyon avro təşkil edib. 

Bir sözlə, nəşr qeyd edir ki, istehsalın azalması bütün Bolqarıstan hərbi sənaye kompleksi müəssisələrinə təsir edib. Bu vəziyyətdə ABŞ Erməni sifarişlərini yükləməklə bolqar həmkarlarını dəstəkləmiş ola bilər. Ancaq kimin vəsaitləri hesabına bu sifarişlərin yerinə yetirildiyi naməlum olaraq qalır. 


Lakin uçuşların marşrutuna görə (Burqas-İrəvan) həcmlər kifayət qədər böyükdür. Bu sifarişlər imzalanan, lakin hələ yerinə yetirilməyən rus sifarişləri ilə müqayisə oluna bilər. 

Yeri gəlmişkən, 22 noyabr tarixində Ermənistan Baş Qərargah rəisinin Bolqarıstana səfərindən sonra, həmçinin İrəvanda iki ölkə arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalandığı bir məqamda “Vaz” maşınqayırma zavodunun mətbuat xidməti müəssisənin direktorlar şurasının qərarına əsasən, əməkdaşlara yeni il bonusu olaraq 286 avro ödənilməsi barədə qərar qəbul edildiyinə dair məlumat verilib. 

“Qərar VMZ müəssisəsinə yaxşı gəlirlər vəd edən müqavilələrin imzlanmasından sonra qəbul edilib”, - deyə məlumatda bildirilir. 

Sentyabrda isə VMZ müəssisəsinin rəhbəri İvan Qetsov bildirib ki, bonus sistemi dayandırılıb və yalnız yeni müqavilələr üzrə maliyyələşmədən sonra bərpa ediləcək. 
(ordu.az)

 

DİGƏR XƏBƏRLƏR

Top