Şumaxer nəhayət, 5 il sonra süni nəfəs aparatından qurtuldu - Daha yataq xəstəsi deyil


"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer daha yataq xəstəsi deyil. Yeniavaz.com saytı xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.
5 il öncə xizək qəzası keçirən M. Şumaxer komaya düşmüşdü. Müalicəsi ev şəraitində davam etdirilən əfsanəvi "Formula 1" pilotu başından aldığı zədə səbəbindən illərdir yataq xəstəsi idi.
"Daily Mail" yazır ki, həyat yoldaşı yanvar ayının 3-də Şumaxer üçün ad günü keçirəcək. Məclisə ailə üzvləri və yaxın dostlar qatılacaq.  
Qəzetin iddiasına görə, Mixael Şumaxer artıq yataq xəstəsi deyil. Onun süni nəfəs aparatlarına ehtiyac duymadığı deyilir. Lakin Şumaxer yenə də həkimlərin və fizioterapevtin nəzarətinə möhtacdır. Bu isə ailəyə həftəlik 60 min avroya başa gəlir.
Şumaxer yanvarın 3-də 50 yaşına qədəm qoyacaq. O, ad gününü qeyd etdikdən sonra ABŞ-ın Texas ştatında fəaliyyət göstərən bir klinikada müayinədən keçəcək.
Öz lüks malikanəsində yaşayan Şumaxer, yalnız dostları və yaxın yoldaşları ilə görüşür. 
Qeyd edək ki, həkimlər Mixael Şumaxerin ömürlük yataq xəstəsi olacağını bildirmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top