Türkiyə ABŞ-a qarşı iddianı uddu



Türkiyə Vaşinqtonun türk polad və alüminiumu üçün gömrük rüsumlarını artırmasına görə Ümumdünya Ticartə Təşkilatında (ÜTT) ABŞ-a qarşı qaldırdığı iddia üzrə araşdırmanı qazanıb. Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Onun sözlərinə görə, Türkiyə dekabrın 18-də ABŞ-a qarşı qaldırdığı iddia üzrə araşdırmanı udub: “İddiaya ÜTT sistemində Mübahisələrin tənzimlənməsi mexanizmi çərçivəsində baxılıb. ÜTT polad və alüminium ticarəti sektorunda böyük iş görüb”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustda Türkiyədən idxal olunan alüminium və polada görə rüsumları müvafiq olaraq 20 və 50 faizədək artırıb. Bu, türk lirəsinin tarixi minimum səviyyəyədək çökməsinə səbəb olub. Ankara buna cavab olaraq ümumi dəyəri 535 milyon dollar olan 22 növ Amerika malına qarşı rüsumları kəskin artırıb. 

DİGƏR XƏBƏRLƏR

Top