Bu məşhurları yarı yolda qoyan xəstəlik - Ondan necə qorunaq? - ƏLAMƏTLƏRİ


Son illər həm dünyada, həm də Azərbaycanda insult keçirənlərin sayı artmaqdadır. Bir vaxtlar qocaların xəstəliyi hesab edilən insult, indi cavanları da "yaxalamaqdadır".
İnsultun bir neçə növü var. İnsult beyin qan dövranının kəskin pozulmasıdır. Əlillik və ölümə səbəb olan xəstəlik sayılır. Nisbətən yüngül insult keçirən insanların səhhətində ciddi izlər qalmır və onlar normal həyatlarına, iş həyatlarına davam edə bilirlər.
 
Kimlər risk qrupuna daxildir?
1. Şəkərli diabet xəstəliklərindən əziyyət çəkənlər.
2. Daimi stresli həyat yaşayanlar.
3. Ürəyində problemi olanlar.
4. Yüksək xolesterindən əziyyət çəkənlər.
5. Təzyiqi tez-tez qalxan insanlar.
6. Spirtli içki və alkoqol aludəçiləri.
7. Köklükdən əziyyət çəkənlər.
8. Əsəb pozğunluğu yaşayanlar.
 
Necə qorunmaq olar?
1. Yuxarıda sadalanan əlaməti olanlar səhhətlərinə daha çox diqqət etməlidirlər.
2. Təzyiqi daim nəzarətdə saxlamağa çalışın.
3. Zərərli vərdişlərdən uzaq durun.
4. Əsəbinizi qoruyun.
5. Pəhrizə diqqət edin.
6. Stresdən uzaq olmağa çalışın.
7. Qanda xolesterin səviyyəsini yoxladın.
8. Həkimə gedin.
9. Təyin edilən iynə və dərmanları vaxtlı-vaxtında qəbul edin.
10. Təbii qidalara üstünlük verin.
 
Azərbaycanda insult keçirən, bu xəstəlikdən dünyasını dəyişən məşhurlar az deyil. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.
 
- Bir müddət öncə Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov insult keçirib.
 
- Xalq artisti Flora Kərimova əməliyyatdan sonra yüngül insult keçirdiyini açıqlayıb.
 
- Əməkdar artist Arif Qazıyev işemik insult keçirib.
 
- Azərbaycanın sabiq müdafiə naziri, general Dadaş Rzayev insult keçirib.
 
- Tanınmış meyxanaçı Kərim insult keçirib və hələ də vəziyyəti tam normallaşmayıb.
 
- Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktrisası Pərvanə Qurbanova da bir müddət öncə yüngül insult keçirib.
 
- Xalq artisti, aktyor Ramiz Əzizbəyli bir neçə ildir ağır insult keçirib.
 
- Millət vəkili Hüseynbala Mirələmovun bir müddət öncə yüngül insult keçirdiyi bildirilir.
 
- Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da insult keçirib.
 
- Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insultdan sonra dünyasını dəyişib.
 
- Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev insultdan sonra vəfat edib.
 
- Azərbaycanın tanınmış cərrah mama-ginekoloqu Səbinə Mirzəyeva insultdan dünyasını dəyişib.
 
- Xalq artisti Nuriyyə Əhmədova insultdan sonra vəfat edib.
 
- Xalq artisti Qəndab Quliyeva insult keçirəndən bir müddət sonra dünyasını dəyişib.
 
- Əməkdar artist Ələsgər Məmmədoğlu səhhəti pisləşəndən sonra insult keçirib və vəfat edib.
 
- Xalq artisti Siyavuş Aslan insult keçirəndən bir müddət sonra dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top