Peskov Türkiyənin ABŞ-dan “Patriot” kompleksləri alacağına münasibət bildirdi


ABŞ-ın Türkiyəyə “Patriot” komplekslərinin satışı Moskva və Ankara arasında S-400 zenit-raket komplekslərinin tədarükü haqqında razılaşmaya təsir etməyəcək.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu, bir-birilə ilə bağlı olmayan proseslərdir: “İndiki halda biz türkiyəli həmkarlarımızla artıq mövcud olan razılaşmaları reallaşdırırıq. S-400 üzrə layihə və müqavilə reallaşma mərhələsindədir və bu davam etdiriləcək”.
Bununla yanaşı, D. Peskov qeyd edib ki, Rusiya S-400 barədə məlumatları üçüncü tərəflərə açıqlamamaqla bağlı üzərinə öhdəlik götürən Türkiyəyə etibar etməmək üçün əsas görmür. Bununla da o, bəzi Qərb KİV-lərinin guya Türkiyənin amerikalıların texniki personalının S-400 sistemlərinə çıxışını təmin edəcəyini vəd etdiyinə dair məqalələrinə münasibət bildirib.
Xatırladaq ki, ABŞ administrasiyası Türkiyəyə 3,5 milyard dollar dəyərində “Patriot” zenit –raket sistemlərini satmaq barədə qərar qəbul edib. ABŞ Türkiyənin Rusiyadan S-400 komplekslərini almaması üçün aktiv şəkildə çalışır.

DİGƏR XƏBƏRLƏR

Top