Bakıda qadın sürücü avtomobili yük maşınına çırpması nəticəsində ölüb


Bakıda qadın sürücü avtomobilini yük maşınına çırparaq ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Binəqədi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top