Qızı evinə qonaq gedən yaşlı qadını maşın vurub öldürdü


70 yaşlı qadını avtomobil vuraraq öldürüb. Yeniavaz.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib. Samux rayon sakini  Nüvər Məmmədova yolu qarşı tərəfə keçmək istəyən zaman, Gəncə şəhər sakini Maarif Lətifi idarə etdiyi "BMW" markalı avtomobillə onu vurub. Ağır bədən xəsarətləri alan 70 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Samux sakini qızı evinə qonaq gəlibmiş. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top