Qorbaçov Putinə cavab verdi: Səhv məlumatlandırıblar

 
SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçov Rusiya lideri Vladimir Putinin “Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında müqavilə çərçivəsində Sovet İttifaqının birtərəfli tərksilaha getməsi” iddiasını təkzib edib. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, M. Qorbaçovun fikrincə, V. Putini səhv məlumatlandırıblar.
 
Onun sözlərinə görə, heç bir birtərəfli tərksilah olmayıb: “Sözügedən müqaviləyə əsasən, yüzlərlə həm sovet, həm də Amerika raketləri məhv edilib”. V Putinin “saziş dəniz və havada yerləşən raketlərin ləğv edlməsini nəzərdə tutmur” sözlərinə cavab olaraq M. Qorbaçov deyib ki, bu cür silah Strateji hücum silahlarının azaldılması haqqında müqavilə ilə əhatə olunub. Siyasətçi, həmçinin vurğulayıb ki, tərksilah üzrə bütün qərarlar SSRİ-nin ali hərbi rəhbərliyi tərəfindən dəqiq işlənin hazırlanıb.
 
Qeyd edək ki, 1987-ci ildə M. Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqanın imzaladığı Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında müqavilə tərəflərə yerüstü ballistik raketlərə və 500-dən 5,5 min kilometr uzunluğadək qanadlı raketlərə malik olmağı qadağan edir. SSRİ saziş çərçivəsində 3 il ərzində 1846 raket kompleksini, ABŞ isə 846 kompleks məhv edib. 

DİGƏR XƏBƏRLƏR

Top