10 ton sarımsaq yetişdirən fermerlər məhsullarını sata bilmirlər - VİDEO


Ağsuda birləşərək sarımsaq yetişdirən 2 təsərrüfat sahibi 10 ton məhsul əldə etsə də, onu sata bilməyiblər. Ötən il 1 kiloqramı 4 manat 50 qəpiyə satılan sarımsağı bu il hətta 80 qəpiyə də alan tapılmayıb. Buna baxmayaraq sakinlər ümidlənib yenidən sarımsaq əkiblər.

Ötən il sarımsaq yerində 4 manat 50 qəpiyə satılıb. Bu mövsümdə isə 80 qəpiyə də alıcı tapılmayıb. Ağsu Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Abdullayev bildirib ki, həmin şəxslər fərdi təsərrüfat sahibləridir. Qurum isə yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara məhsulun satışında kömək göstərir. Kəndlilər sarımsağı yerindəcə satmaq istəyir. Məsləhət görülür ki, məhsul bazara çıxarılsın. (XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top