Koçaryan Avropa ölkələrinin birindən sığınacaq istəyəcək


Hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan azadlığa çıxan kimi Avropa ölkələrindən birindən siyasi sığınacaq istəyəcək.

Bunu "Joxovurd" qəzeti yazıb.

Nəşrin iddiasına görə, Yerevan Apellyasiya Məhkəməsinin hakimi Aleksandr Azaryan R.Koçaryan barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə şikayəti təmin edib. Məlumata görə, keçmiş dövlət başçısı yaxın zamanlarda Ermənistanı tərk edərək, Avropa ölkələrindən birindən siyasi sığınacaq istəyəcək.

Qəzet yazıb ki, məsələ ilə bağlı R.Koçaryanın vəkilinin mövqeyini öyrənmək istəyiblər, amma bu mümkün olmayıb. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top