“Neftin qiyməti bu il 300 dollaradək bahalaşa bilərdi”

Rusiya OPEK+ sazişindən çıxarsa, neftin qiymətində dəyişiklik keçmişdə yaşanmış bütün maksimumları və minimumları üstələyə bilər.
Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Kral Abdulla adına Neft analitik mərkəzinin (KAPSARC)  prezidenti Adam Seminski deyib. Onun sözlərinə görə, Rusiya sazişdən çıxarsa, bu, keçmişdə heç vaxt görmədiyimiz böyük dəyişikliklərə gətirib çıxaracaq: “Araşdırmamız göstərir ki, 2011-2012-ci illərdə Liviyada tədarüklərlə bağlı kəsintilər olanda, neftin qiyməti OPEK-in müdaxiləsi olmadan bir barelə görə 200 dolları ötə bilərdi. Bu, 2012-ci ildə baş verə bilərdi və hazırda da, 2018-ci ildə baş verə bilər. Əgər Rusiya və Səudiyyə Ərəbistanının OPEK+ çərçivəsində qərarı olmasaydı, 2018-ci ildə neftin qiyməti 1 barelə görə 300 dollaradək çatmışdı”.

DİGƏR XƏBƏRLƏR

Top